"Barselona" İspaniya çempionatında liderliyini böyuk əzmkarlıqla davam etdirir. 2010-cu ilin sonlarında möhtəşəm qələbələri ilə tərəfdarlarını sevindirən "Barselona" yeni ildə də uğurlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, 2011-ci ilin ilk oyunundaca "Levante"ni 2-1 hesabı ilə məglub edən kataloniyalılar "Deportivo" ilə oyuna da qələbə əzmi ilə çıxıblar. Oyunda David Vilyanın 26-cı dəqiqədə vuurduğu qolla önə keçən "Barselona" ilk hissəni 1-0 hesablı qalib tamamlayıb. Katalonların "Deportivo" üzərindəki darmadağınları ikinci hissədə start götürüb. "Barselona" 52-ci dəqiqədə Messinin, 81-ci dəqiqədə İnyestanın və 82-ci dəqiqədə Pedronun qolları ilə mübarizəni 4-0 qazanaraq La Liqada liderliyini inamla davam etdirib. Bununla da ardıcıl 12-ci çempionat qələbəsini qazanan "Barselona" xalını 49-a çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB