Cüdo üzrə "World Masters" yarışı dünyanın ən güclü yarışlarından biridir. Siasport.az saytı xəbər verir ki, bu yarış ilk dəfə 2010-cu ildə Koreyada keçirilib. JudoOnlinedən verilən məlumata görə, ikinci dəfə "World Masters" yanvarın 15-də doğma vətənimizdə keçiriləcək.
Nəzərinizə çatdıraq ki, bu yarışda dünyanın ən güclü 17 peşəkar cüdoçuları mübarizə aparacaqlar.
Bununla yanaşı "World Masters" 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına Lisenziya xalı qazandırır.
Azərbaycan təşkilatçı ölkə olduğundan yarışa hər çəki dərəcəsində bir idmançı buraxa bilər.
Hazırda idmançılarımız Şağan Olimpiya Kompleksində təlim-məşq toplantısındadırlar. Bu təlim-məşq idmançılarımızın texiniki-taktiki və dözümlüyünün artırması məqsədi daşıyır Bu yarışda Azərbaycanı təmsil edəcək ən güclü cüdoçular mübarızə aparacaqlar.
Milli yığma komandanın baş məşqçisi Ağayar Axundzadə yarışda iştirak edəcək cüdoçularımızın adlarını açıqlayıb:
Kişilər Qadınlar
-60 kq İlqar Müşkiyev - 52 kq Şəhanə Hüseynova
-66 kq Tərlan Kərimov - 57 kq Kifayət Qasımova
-73 kq Renat Mirzəliyev - 63 kq Ramilə Yusubova
-81 kq Elnur Məmmədli
-90 kq Elxan Məmmədov
-100 kq Elmar Qasımov
+100 kq Emin Tahirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB