Mayın 11-də "UEFA U-17" Avropa çempionatının üçüncü turunun oyunları çərçivəsində turnirin "B" qrupunda yer alan Ukrayna ilə Bosniya və Herseqovina yığmaları qarşılaşıb. Xorvatiyalı baş hakim Fran Joviçin idarə etdiyi görüş Ukrayna millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun hakim-inspektor funksiyasını həmyerlimiz Asim Xudiyev yetirib.
"8-ci Kilometr" qəsəbə stadionunda keçirilən matçda Bosniya və Herseqovinanın heyətində oyunun 38-ci, 41-ci dəqiqələrində Benyamin Xadic fərqlənib. Baş məşqçi Aleksandr Petrakovun komandasının qolunu isə 69-cu dəqiqədə Andrey Kulakov vurub.
Beləliklə, hesabında 7 xal olan Almaniya yığması "B" qrupunun lideridir. Avstriya komandası 6 xalla ikinci, Bosniya və Herseqovina millisi isə 3 xalla üçüncü pillədə qərarlaşıb. Hesabında 1 xalı olan Ukrayna millisi isə qrupda sonuncu yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB