Almaniya Avstriyanı dörd dəfə susdurdu

Almaniya Avstriyanı dörd dəfə susdurdu

Mayın 11-də 17 yaşadək futbolçular arasında Avropa çempionatının "B" qrupunda üçüncü turun matçları oynanılıb. "Dalğa Arena"da Almaniya yığması Avstriya ilə görüşüb. Sloveniyalı baş hakim Mitya Jqaneçin idarə etdiyi qarşılaşma "Bundesteam"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Almaniya rəqib oyunçusu Meyslın 3-cü dəqiqədə avtoqolu ilə hesabı açıb. Almanların türk əsilli futbolçusu – Akkaynak 25-ci dəqiqədə fərqi ikiyə çatdırıb. Havertz altı dəqiqə sonra Avstriyanın qapısından üçüncü topu keçirib. Rüfət Dadaşov isə əlavə olunmuş dəqiqədə görüşdə son nöqtəni qoyub.

Beləliklə, Almaniya yeddi xalla qrupda lider, Avstriya isə altı xalla ikinci olub. Hər iki komanda dörddəbir finala vəsiqə qazanıb.

Bosniya və Herseqovina yığması üç xalla üçüncü, sonuncu pillədə qərarlaşan Ukrayna isə turniri bir xalla başa vurub.

Üçüncü tura mayın 12-də "C" və "D" qruplarında oynanılacaq matçlarla yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə