Deyəsən yeni 2011-ci il "Qalatasaray" üçün uğulu olacaq. Görünür yeni "Türk Telekom Arena"ya böyük iddialarla getməyi planlaşdıran "Cim-bom" ilk hazırlıq oyunlarındaca nəyə qadir olduğunu tərəfdarlarına və rəqiblərinə göstərməyə çalışır. Siasport.az saytı xəbər verir ki, ilk hazırlıq oyunları çərçivəsində "Qalatasaray" Almaniya Bundesliqa klublarından olan "Hannover 96"ya gücünü göstərib - 3-0
Sarı qırmızılı komandaya qələbə gətirən qollara 20-ci dəqiqədə penaltidən Hakan Balta, 62-ci dəqiqədə Sabri Sarıoğlu və 86-cı dəqiqədə "Qalatasaray"ın "Fənərbaxça"dan transfer etdiyi Kolin Kazım imza atıb.
Qeyd edək ki, qarşılaşmanın 29-cu dəqiqəsində "Hannover 96"nın qapıçısı qırmızı vərəqə alaraq oyundan qovulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB