Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş "Heydər Əliyev kuboku" uğurunda kikboksinq üzrə gənclər və kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikanın Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilikdə qədim diyarın şəhər və rayon komandalarının 100-dək idmançısı mübarizə aparıb.
İki gün davam edən birincilik kikboksinqin vako versiyası qaydalarına uyğun olaraq layt kontakt üslubunda keçirilib.
Yarışlarda kişilər 60, 64, 75, 81 və 81+ kiloqram, gənclər isə 51, 54, 57, 63,5 və 71 kiloqram çəki dərəcələrində rinqə çıxıblar.
Yekun nəticəyə əsasən, kişilərin mübarizəsində Qumral Məmmədli (60 kiloqram), Samiq Seyidov (64 kiloqram), İbrahim İbrahimli (75 kiloqram), Emin Seyidov (81 kiloqram) və Mirəli Seyidov (81+ kiloqram) öz çəki dərəcələrində qalib adını qazanıblar.
Gənclərin mübarizəsində isə Tulin Ələkbərova (51 kiloqram), Fərman Rzayev (54 kiloqram), Əhməd Rzayev (57 kiloqram), Araz Hüseynov (63,5 kiloqram) və Əbülfəz Əliyev (71 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Ümumi hesabda birinciliyin qalib olan "Naxçıvan" komandasına isə kubok təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB