Azərbaycan boksçuları qazaxıstanlı rəqiblərini Bakıda məğlub etdilər
WSB liqasında mübarizə aparan "Baku Fires" klubu növbəti görüşünü Qazaxıstanın "Astana Arlans" komandasına qarşı keçirib. Siasport.az saytı xəbər verir ki, rinqə ilk olaraq çəkisi 54 kq olan boksçular çıxıblar. Məhəmməd Abdulhəmidov Bağdad Alimbekovla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən döyüşdə "Baku Fires"in üzvü Abdulhəmidov cüzi üstünlüklə qalib gəlib və komandamızı 1:0 hesabı ilə önə keçirib. Növbəti döyüş çəkisi 61 kq olan dəri əlcək ustaları arasında keçirilib. Romal Amanov Yerjan Mussafirova ciddi müqavimət göstərsə də, qələbə Qazaxıstan idmançısının tərəfində olub. Ümumi hesab bərabərləşib - 1:1. Çəkisi 73 kq olan boksçuların döyüşündə "Baku Fires"in özbəkistanlı legioneri Batırjon Mahmudov Pekin Olimpiadasının qalibi Baxıt Sarsekbayevlə qarşılaşıb. Ancaq Mahmudov daha təcrübəli rəqibinə məğlub olub. "Astana Arlans" ümumi hesabda 2-1 önə irəli çıxıb. Ramazan Maqomedovun (85 kq) döyüşü komandamız üçün böyük əhəmiyyət daşıyıb. O məğlub olacağı halda, qonaqlar qələbəni rəsmiləşdirə bilərdi. Amma Maqomedov qanalı Maksvel Amponsah üzərində qələbə qazanaraq, ümumi hesabı bərabərləşdirib-2:2. Hər şey sonuncu döyüşdə həll olub.
Məhəmmədrəsul Məcidov (91+kq) Ruslan Mirsatayevə heç bir şans verməyib. Beləliklə, "Baku Fires" "Astana Arlans"ı 3:2 hesabı ilə məğlub edib. Beş görüşdən sonra 100 faizlik nəticə göstərən "Baku Fires" qrupun vahid lideridir.
Qeyd edək ki, komandamız növbəti döyüşü yanvarın 15-də səfərdə "Beijing Dragons" klubuna qarşı keçirəcək.
54 kq. Məhəmməd Abdulhəmidov – Bağdad Alimbekov
61 kq. Romal Amanov – Yerjan Mussafirov
73 kq. Batırjon Mahmudov – Baxıt Sarsekbayev
85 kq. Ramazan Maqomedov – Maksvel Amponsah
91+kq. Məhəmmədrəsul Məcidov – Ruslan Mirsatayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB