17 yaşadək futbolçular arasında Avropa çempionatının 3-cü turu çərçivəsində "A" qrupunda yer alan Azərbaycan millisi 8-ci kilometr stadionunda qrup mərhələsində son oyununu Şotlandiya millisinə qarşı keçirib. SİA-nın məlumatına görə, norveçli baş hakim Sveyn-Erik Edvartsenin idarə etdiyi qarşılaşmada millimizin start heyətində meydana Murad Popov, Hüseyin Seyliqli, Ricat Qarayev, Elçin Əsədov (kapitan), İbrahim Qədirzadə, Fərid Nəbiyev, Metin Güler, Doğukan Oksuz, Pilağa Mehdiyev, İsmayıl Karakaş və Süleyman Əhmədov çıxıblar.
Şotlandiya yığmasının ilk 11-liyində isə Kieran Vright, Dan Meredith, Aidan Uilson, Daniel Baur, Liam Hegarti, Fraser Hornbi, Liam Burt (kapitan), Kyle McAllister, Cek Aitçison, Zak Rudden və Connor McLennan yer alıblar.
Oyun qarşılıqlı hücumlarla keçib. Hər iki komandanın fərqlənmək üçün imkanları olub. Ancaq yığmamız qapısını toxunulmaz saxlamağı bacarıb. Əvəzində isə futbolçularımız rəqibin qapısına yol tapıblar. Matçın 79-cu dəqiqəsində Fərid Nəbiyev komandamızın qələbə qolunu vurub. Qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Ancaq bu qələbə yığmamızın növbəti mərhələyə vəsiqə qazanmasını təmin etməyib. Millimizin qrupunda Portuqaliya birinci, Belçika isə ikinci olub.
|
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
|
Portuqaliya |
3 |
2 |
1 |
0 |
7:0 |
7 |
|
Belçika |
3 |
1 |
2 |
0 |
3:1 |
5 |
|
Azərbaycan |
3 |
1 |
1 |
1 |
2:6 |
4 |
|
Şotlandiya |
3 |
0 |
0 |
3 |
0:5 |
0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB