İslam Həmrəyliyi Oyunları ilə bağlı məsul şəxslər Bakıda görüşəcək

İslam Həmrəyliyi Oyunları ilə bağlı məsul şəxslər Bakıda görüşəcək

12 May 2016-cı il tarixdə Bakıda IV İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə komissiyasının sayca 3-cü iclası keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Əlaqələndirmə komissiyasının və İslam Həmrəyliyi Oyunları ilə bağlı Əməliyyat Komitəsinin üzvləri iştirak edəcəklər.

12 May günün 1-ci yarısı keçiriləcək iclsada son görüşdən sonra oyunların həyata keçirilməsi istiqamətində görülmüş və qarşıdakı müddət ərzində görülməsi tələb olunan işlər ətrafında müzakirə aparılacaq.

Günün 2-ci hissəsi isə media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, MOK-un vitse prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edəcəklər.

12 May tarixinin ən əlamətdar hadisələrindən biri IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 1 il qalmasıdır. Bununla əlaqədar olaraq mətbuat konfransı zamanı oyunların yeni loqosunun və internet səhifəsinin təqdimatı keçiriləcək.

Axşam saatlarında isə Bakı Biznes Mərkəzinin qarşısında IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalması münasibəti ilə idman nümayişi olacaq.

13 May tarixdə isə IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq MOK-ların "Açıq gün" iclası keçiriləcək. İclasda 36 ölkədən 70-dən artıq nümayəndə iştirak edəcək.Tədbir zamanı oyunların təhlükəsizlik, akkreditasiya, nəqliyyat və s. kimi məsələləri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə