Qoy elə ilk sətirdəcə bir anons verim ki, ardını maraqla oxuyasınız. Bu, mənim doğma saytımızda sizinlə ilk görüşümdür. Biz artıq idman dünyasına qatılmışıq və bu yolda uğur qazanacağımıza və öz yerimizi tutacağımıza da əminəm. Təbii ki böyük zəhmət və gərgin əməklə. Siz oxuclarımızı əmin edirik ki, sizin ən sevimli idman saytınız məhz biz olacağıq. Buna əmin olun!
İndi də keçək
bizdə olmayan, həsrətlə nə vaxtsa bizdə də olacağına ümid etdiyim, amma belə getsə heç vaxt görə bilməyəcəyim
ƏSL FUTBOLA!
2010-cu ilin
dünyanın futbol aləmində nəylə yadda qalmasına
baxmazdan əvvəl birinci öz "evimizə" nəzər salaq.
Deyirəm bütün pan polyaklar bizə həm borcludurlar, həm də minnətdar! Bəli, bəli düz oxudunuz. Onların Avropada
və dünyada nüfuz qazanmalarına əsas səbəb bilirsiniz nədir? - Azərbaycan klubları və millisi üzərində
qazandıqları böyük hesablı qələbələr! Onlar bizi rüsvay etdikcə, dünyanın gözündə
"reytinq qırırdılar".
Futbolumuzun
əzrayılına çevrilmiş panları yenə keçən il "Qarabağ", Qurban Qurbanov dayandırdı. Yoxsa bu kabus hələ
uzun müddət gedəcəkdi. Azərbaycan futbolu
Qurban Qurbanova həm də ona görə minnətdar olmalıdır ki, neçə illərdir bizim
üçün əsl kabusa çevrilən "polyak sindromunu" aradan qaldırdı. 2010-cu ildə "Qarabağ"ı
çıxmaq şərti ilə futbol klublarımızın avrokuboklardakı
rüsvayçı çıxışları da "yaddaşlarda" pis qalmadı.
A kişi, 25-30 milyon dollar büdcəsi olan klublarımız acından
ölən Moldovanın büdcəsi heç yüz min dollara
çatmayan klublarına boyun əyirsə, Polşanın
"Lex" klubu bizim klublar üçün əməlli-başlı
əzrayıla çevrilirsə, onda mənim
kimisinin və minlərlə gözəl futbol azərkeşinin köks ötürməkdən başqa bir yolu qalmır. Xərclənən milyonlarla dollarların külə çevrilməsi, klub rəhbərlərinin
dollar maxinasiyalarının pik "zirvəsi" klublarmızın
avrokuboklardakı rüsvayçılıqları ilə tən mütənasibdir!
Yola saldığımız 2010-cu ildə də klublarımız
yenə rüsvay oldular. Onsuz da hələ püşk atılan
andan avrokuboklarda oynayan klublarımız saçlarını yolurdular ki, bəs qoymayın dünyanın ən
super nəhəng klubları Bakıya gəlir! Aman Allah, bunlar necə göz yaşları tökürdülər... Təcrübəli Ağasəlim Mircavadov isə
elə günə qaldı ki... Hə,
yadıma düşdü, iki - üç il əvvəl bu "Lex" Bakıya gələndə və Mübariz Mənsimovun milyonlarla dollar pul tökdüyü "Xəzər-Lənkəran"ı
"Fənərbaxça"nın prezidenti Əziz Yıldırımın gözü qarşısındaca "sındırıb" bir kənara
atanda Ağasəlim müəllim "öyünürdü" ki, bəs biz gör kimə uduzmuşuq - "Lex"ə! Bununla da təcrübəli, saçı-saqqalı
ağarmış futbol mütəxəssisi özünə haqq qazandırmağa çalışırdı. Elə bu "Lex" də özünün
Azərbaycanda "əzrayıl" kimi qəbul olunmasına
və belə mifə sahib olduğuna görə həm də bu "ideyanın" müəllifi olan Ağasəlim
Mircavadova "minnətdar" olmalıdır. Adam gərək haqq üçün danışsın. Bəs nə! Məhz bu oyundan sonra Mircavadov istefaya yollandı.
Ümumiyyətlə son bir neçə il ərzində Polşa yığması başda olmaqla polyak klublar bizim
üçün "əzrayıl" rolunda çıxış edirlər. Sanki bunlar bizə futbolu peşman etmək üçün yaranıblar. Əvvəlcə Polşa yığması
bizim Torresli, Ponamoryovlu, hətta Diniyevli yığmamızı 0-8, 0-7 ən yaxşı halda
0-5 rüsvay etdilər, sonra da bu "Lex" ortaya çıxdı. Polyakları Avropada bizim üzərimizdəki qələbələrə görə adam yerinə qoymağa
başladılar. Görünür, biz hələ ƏSL FUTBOLA həsrət qalacağıq
və onu-bunu çox xoşbəxt edəcəyik. Nə vaxta qədər ki, futbol klublarımızın başında
duranlar bizləri aldadıb Braziliyanın, Avropanın küçə və məhəllələrində özfəaliyyət
futbolu oynayan küçə uşaqlarını "super transfer" adı ilə bizə sırıyacaqlar, onda
bizim ƏSL FUTBOL arzumuz saralmış gözlərimizdə qalacaq. Bəs biz nə vaxt futbolu
bacaracağıq, hə? - deyəsən heç vaxt!
2010-cu il
heç şübhəsiz ki, dünya çempionatının keçirilməsi ilə də tarixdə qalacaq. Bu çempionatın onun gözəl anları, yaddaqalan məqamları
neçə on illər boyu tarixin və insanların
yaddaşında qalacaq. Dieqo Maradonanın Almaniyaya rüsvayçı məğlubiyyətə uğraması
və ağlaya-ağlaya dünya çempionatından getməsi də, güclü Braziliya, Argentina, Fransa, İtaliya və İngiltərə kimi komandaların
erkən diz çökmələri də, almanlarla oyunda ingilislərin təmiz qollarının hesaba alınmaması
da, çempion olduqdan sonra sevincindən milyonlarla insanın gözü qarşısındaca jurnalist
sevgilisini qucaqlayıb öpən İlker Kasilyas da, mundial boyu qulaqları lərzəyə gətirən
Afrika zurnaları da əbədi tarixin yaddaşına köçdü. Ötən il həm də dünya futboluna daha bir
əfsanə məşqçini-Joze Maurinyonu bəxş etdi. Adi tərcüməçilikdən dünyanın və Avropanın
ən böyük məşqçiliyinə qədər yüksələn bu insan əsl futbolu, zəhməti və sevgini hər
kəsə göstərdi. O sadəcə futbol dahisirç vəssalam! Biz də, özümüzdə olmasa da, sevindik! Görünür biz hələ çox illər boyu onun-bunun
uğurlarına "baleşiklik" edəcəyik. Bizim futbol oynaya bilməməyimizin səbəbi isə qədim quyular qədər dərindir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB