Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Bakının rayonları, eləcə də Sumqayıt şəhər gəncləri arasında "Xəmsə" Milli İntellektual oyunu keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumaata görə, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Mahmud Məmmədzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan bəhs ediblər.
Qeyd edilib ki, ölkəmizdə bütün sahələrdə, o cümlədən gənclər siyasəti sahəsində böyük uğurlar əldə edilib, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.
Çıxışlardan sonra intellektual yarışa start verilib. Yarışda iştirakçılara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin tarixi, coğrafiyası, milli-mənəvi dəyərlərimizlə bağlı suallar ünvanlanıb.
Yarışın nəticəsinə görə, I yeri Binəqədi rayon komandası, II yeri Sumqayıt şəhər komandası və III yeri Xəzər rayon komandası tutub.
Sonda qaliblər kubok, medal və diplomla mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB