"Xəzər Lənkəran"ın baş məşqçisinin istefası qəbul olunub

"Xəzər Lənkəran"ın baş məşqçisinin istefası qəbul olunub

Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" - "Kəpəz" (0:3) matçından sonra cənub təmsilçisinin baş məşqçisi Elbrus Məmmədov klub rəhbərliyinə istefa ərizəsini təqdim edib. SİA-nın məlumatına görə, klubun rəsmi saytında yer alan xəbərdə bildirilir ki, E.Məmmədovun ərizəsi rəhbərlik tərəfindən qəbul edilib.

Qeyd edək ki, Elbrus Məmmədov 2012-ci ildə "Xəzər Lənkəran"ın əvəzedici heyətinin baş məşqçisi təyin olunub. Gənc futbolçularla güclü komanda yaratmağı bacarmış və klubun bir çox yetirməsinin əsas komandaya qədər yüksəlməsində pay sahibi olmuş E.Məmmədov 2015-ci ilin yanvar-may aylarında, həmçinin 2016-cı ilin yanvar ayından bugünədək əsas komandanın baş məşqçisi qismində çalışıb.

"Xəzər Lənkəran" Futbol Klubu Elbrus Məmmədova geridə qalan illər ərzində göstərdiyi xidmətlərə görə dərin təşəkkürünü bildirir, mütəxəssisə məşqçilik karyerasında yüksəlişlər və davamlı nailiyyətlər arzulayır!

Qeyd edək ki, əsas komandanın baş məşqçisi funksiyasını mövsümün sonuna qədər əvəzedici heyətin baş məşqçisi Ağadadaş Həmidov yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə