"Öncə "Kəpəz" azarkeşlərini, Gəncə futbolsevərlərini komandamızın Avropa Liqasına vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Nəhayət ki, 16 ildən sonra yenidən Avropada oynayacağıq. Bu, hamımız üçün sevinməyə əsas səbəbdir. Uğurumuzda azarkeşlərin də rolu var, buna görə onlara təşəkkür edirəm". SİA-nın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan məşqdən sonra deyib. Təcrübəli çalışdırıcı "Neftçi" ilə qarşıdakı oyundan da danışıb: "Komandaların adı artıq hər şeyi deyir. Oyunun mahiyyəti bəllidir. Gərgin və güzəştsiz mübarizə olacaq. Hər iki tərəfə qələbə lazımdır. "Neftçi" qitəmiqyaslı turnirə vəsiqə qazanmaq istəyirsə, biz medalçılar sırasına düşməyi hədəfləmişik. Medal qazansaq, xoşbəxt olacağıq. Sıx yarış qrafikinə baxmayaraq matça ciddi hazırlaşmışıq. Yorğunluğumuz pik nöqtəsinə çatsa da, bu, səbəb olmamalıdır. Baxımlı futbol oynayıb azarkeşləri sevindirməyə çalışacağıq. Mühüm oyundur. Həm rəqib, həm də biz bunu anlayırıq. Azarkeşlər tribunada darıxmayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB