“Çelsi” çalxalanır...

\"Qovulmadığım üçün şanslıyam\"

İngiltərənin nəhəng klublarından olan "Çelsi"nin italyan baş məşqçisi Karlo Ançelotti "zadəganların" son günlər göstərdikləri pis nəticələrin ardından komandadan qovulmadığı üçün şanslı olduğunu bildirib. Siasport.az saytı xəbər verir ki, işini itirmədiyinə görə sevindiyini qeyd edib: \"Mən şanslı adamam. Belə nəticələrlə çox baş məşqçilər işlərini itirə bilərdilər. Restorana gedib yemek yeyəndən sonra yediyiniz yeməyin hesabını ödəməlisiniz. Burada da eyni vəziyyətdir. Mövsümün sonunda hesabı ödəməyimiz lazım olacaq. Klub məni mühakimə edə bilər\".

Xatırladaq ki, Ançelotti ötən mövsüm "Çelsi"nin baş məşqçisi postuna gəldikdən sonra "zadəganlar"a İngiltərənin çempionluq və kubok sevincini bəxş edib. Hazırki durumda isə vəziyyət "Çelsi" üçün acınacaqlı həddədir. Belə ki, hazırda "Çelsi" çempionatda liderlikdən 5-ci sıraya yuvarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə