Güləşçilərimiz Dağıstanda 4 medal qazanıblar

Güləşçilərimiz Dağıstanda 4 medal qazanıblar

Dağıstan Respublikasının Çaroda rayonunda Sovet İttifaqı qəhrəmanı Əhməd Abdulməcidovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə iştirak edən yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri yarışda 2 gümüş və 2 bürünc medal qazanıblar.

Yalnız final görüşündə məğlub olan Elmar İbrahimov (58 kq) və Rəşad Yusifli (76 kq) gümüş medala yiyələniblər. Bürünc medalları isə yığmamıza Rəcəb Nuriyev (63 kq) və Ruhan Məmmədov (69 kq) qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə