“Barselona” Fabreqasa görə 55 milyon avro xərcləyəcək

“Barselona” Fabreqasa görə 55 milyon avro xərcləyəcək

İspaniyanın və dünyanın ən reytinqli futbol klublarından olan "Barselona" əvvəllər özünün infrastrukturunda yetişən, futbolçu kimi İngiltərənin futbol nəhənglərindən sayılan "Arsenal"da parlayan Sesk Fabreqası öz heyətinə qatmaq istəyir. Siasport.az saytı xəbər verir ki, İspaniya futbol klubu bu barədə "Arsenal" rəhbərliyi ilə intensiv danışıqlara başlayıb. Təcrübəli orta sahə oyunçusu üçün katalan klubu 55 milyon avro xərcləməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə