Adnan Polat Ronaldinyonu İstanbula gətirir

Adnan Polat Ronaldinyonu İstanbula gətirir

"Qalatasaray" tərəfdarları ilə arasını düzəltmək istəyən klubun prezidenti Adnan Polat daha bir ulduz futbolçu üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, A.Polat həm "Türk Telekom Arena" stadionunu doldurmaq, həm də çox gərgin münasibətlərdə olduğu "Qalatasaray" tərəfdarları ilə barışmaq üçün super bir düstur tapıb. Klub prezidenti dünyanın ən əhəmiyyətli futbol ulduzlarından biri olan Ronaldinyonu transfer etmək üçün istəyir. Klub rəsmiləri "Milan"ın sərbəst buraxdığı və hələ də hansı kluba transfer olunacağı sirr olaraq qalan ulduz futbolçunun meneceri ilə görüş də keçiriblər. İllik 4 milyon avro təklif edilən Ronaldinyonun "sarı-qırmızılar"a keçidi üçün "Pegasus" firması ilə sponsorluq razılaşmasının imzalandığı da bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə