"Qalatasaray" heyətini bir-birindən əhəmiyyətli ulduz futbolçularla gücləndirmək üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, artıq "Cim-Bom"un xarici futbolçularla yanaşı, Türkiyə Superliqasında top qovan perspektivli futbolçularla da maraqandığı üzə çıxıb. Daha əvvəllər də həm "Fənərbaxça"ya, həm də "Beşiktaş"a transfer olunacağı gözlənilən "Bursaspor"un ulduz futbolçusu Volkan Şən "Qalatasaray"ın maraq dairəsindədir. Belə ki, Türkiyənin ən ciddi və reytinqli idman nəşrləri də "Qalatasaray" prezidenti Adnan Polatın V.Şəni transfer etmək üçün "timsahlar"ın prezidenti İbrahim Yazıçı ilə görüşəcəyini yazırlar. "Qalatasaray"ın Volkan üçün "Bursaspor"a bir il ərzində bütün məbləği ödənmək şərti ilə 4 milyon avro təklif edəcəyi də əldə olunan ən son məlumatlar sırasında yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB