Azərbaycanlı futbol azarkeşi övladlarına futbolla bağlı adlar qoyub
Futbola hədsiz marağı olan İmişli rayon sakini Nərimanlı Naib Nuhu oğlu futbola olan marağından övladlarının adını da bu idman növünə bağlı qoyub. Siasport.az saytı xəbər verir ki, Naib bəy 15 may 2003-cü ildə anadan olan ilk oğlan övladının adını Tayfun qoyub. "Real Sosyedad"ın İspaniya Primerosunda at oynatdığı zaman Tayfun Korkut Nihatla bir yerdə komandanın əsas oyunçularından biri olub. Daha əvvəl isə o, "Fənərbaxça"da çıxış etmişdi. "Bask" klubundan sonra futbolçu əvvəl "Espanyol"a, daha sonra isə "Beşiktaş"a gəlib və karyerasını "Gənclərbirliyi"ndə bitirib.
Onun ikinci oğlan övladı isə 20 aprel 2007-ci ildə anadan olub. İtaliyanın "Milan" klubunun dəlicəsinə azarkeşi olan ata, bu oğlunun adını da Milan qoyub. Yəqin ki, "Milan" klubu barədə daha ətraflı məlumat verməyə ehtiyac yoxdur. Beləliklə, Naib bəy iki övladının birinə futbolçu, digərinə isə klub adı qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB