Rusiyanın akademik avarçəkmə üzrə milli komandası Mingəçevirə gəlir

Rusiyanın akademik avarçəkmə üzrə milli komandası Mingəçevirə gəlir

Mingəçevir şəhərində yenicə istifadəyə verilmiş "Kür" Olimpiya Təlim-Tədris Mərkəzində xarici ölkələrdən ilk təlim-məşq toplantısını Rusiyanın akademik avarçəkmə üzrə kişilərdən ibarət milli komandası keçirəcək. Siasport.az saytı xəbər verir ki, qonşu ölkə yığması ölkəmizə yanvarın 11-də gələcək.

Nümayəndə heyətinin tərkibi 11 nəfərdən ibarət olacaq. Onlardan 7-i idmançı, qalanları isə məşqçi və texniki personaldan ibarətdir. Rusiya avarçəkənlərinin hazırlıq prosesi 3 həftəyədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə