Bakının ən güclü cüdoçuları müəyyənləşdi

Bakının ən güclü cüdoçuları müəyyənləşdi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, birincilikdə 43 idman cəmiyyətini təmsil edən 362 idmançı (onlardan 59 nəfəri qız) mübarizə aparıb. Yarışda oğlanlardan 24 kq çəki dərəcəsində I yerə Nazir Talıbov (Lokomotiv), 27 kq çəki dərəcəsində Əhməd Yusifov (ROİL), 30 kq çəki dərəcəsində Yaşar Nəcəfov (9 №-li UGİM), 34 kq çəki dərəcəsində Nurlan Osmanov (RKİM), 38 kq çəki dərəcəsində İbrahim Əliyev (13 №-li UGİM), 42 kq çəki dərəcəsində Knyaz Mahmudov (Neftçi İSM), 46 kq çəki dərəcəsində Murad Fətiyev (KK/TT), 50 kq çəki dərəcəsində Hüseyn Veysov (Xəzər Lənkəran), 55 kq çəki dərəcəsində Razin Yaqublu (ROİL), +55 kq çəki dərəcəsində İrtam Ataşov (TİM) layiq görülüb. Qızlar arasında isə 28 kq çəki dərəcəsində I yerə Mənsurə İbrahimli (13 №-li UGİM), 32 kq çəki dərəcəsində Əsmər Məmmədova (13 №-li UGİM), 36 kq çəki dərəcəsində Fidan Hüseynova (13 №-li UGİM), 40 kq çəki dərəcəsində Naciyə Hüseynova (İppon İK), 48 kq çəki dərəcəsində Nərgiz Hacıyeva (Neftçi İSM) çıxıb.

Yarışda qalib gələn idmançılar baş idarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə