"Bu gün Ümummilli Lider Heydər Əliyevin andan olmasının 93-cü ildönümüdür. Bu il, həm də Azərbaycanın müstəqilliyinin 25 illiyidir. Həl il biz Ulu Öndərin doğum gününü qeyd edəndə ölkəmizin inkişafı gözümüzün qarşısına gəlir". Bunu SİA-ya açıqlamasında təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O qeyd edib ki, Azərbaycanın müstəqilliyinin əldə olunmasında Ümummilli Lider Heydər Əliyevin əvəzedilməz xidmətləri olub. Nazir müavini bildirib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan uğurla inkişaf edir: "Ölkəmiz bütün sahələrdə yüksək səviyyədə inkişaf edir. Bu inkişafın təməlini Ulu Öndər Heydər Əliyev qoyub. Biz hər zaman Ümummilli Liderimizə minnətdar olmalıyıq. Ulu Öndərin xidmətləri danılmazdır".
F. Qurbanov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev daim idmana, bədən tərbiyəsinə, gənclərin sağlamlığına çox böyük diqqət yetirib: "Ümummilli Liderimiz hər zaman Azərbaycan idmanına və idmançılarına xüsusi diqqət və qayğı göstəririb. Məhz onun diqqəti sayəsində idmançılarımız beynəlxalq səviyyədə yüksək nailiyyətlər qazanırlar. Ölkəmizdə ən mötəbər idman tədbirləri uğurla, yüksək səviyyədə təşkil olunur".
Nazir müavini Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirdiyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB