Mayın 6-8-də Rumıniyanın Buxarest şəhərində kikboksinq üzrə Avropa çempionatı keçirilib. SİA-nın məlumatına görə, yarış Azərbaycan idmançıları üçün uğurlu keçib.
Sərhəd Qoşunlarının zabiti, dəfələrlə dünya çempionu, əməkdar məşqçi Fuad Zeynalov çempionatda uğurla çıxış edərək gümüş medal qazanıb. Yarımfinalda italyan kikboksçunu məğlub edən idmançımız finalda yerli idmançıya mübahisəli şəkildə məğlub olub və ikinci yerlə kifayətlənib.
91 kq çəkidə yarışan tanınmış idmançımız Eduard Məmmədovisə 7-ci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, millimizə Müşfiq Hüseynli rəhbərlik edib.

.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB