"Atletiko Madrid" İspaniya çempionatında sona 1 tur qalmış "ağ bayraq" qaldırdı. İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib. Ötən gecə çempionluğa iddialı olan komandalar meydana çıxıb.
"Atletiko Madrid" ilə turnir cədvəlində eyni xala sahib olan "Barselona" öz meydanında "Espanyol" ilə qarşılaşıb. "Barsa" rəqibini darmadağın edib. Qonaqlar ev sahibinə qol vurmadan 5 top buraxıb. Çempionlar Liqasının finalçısı "Atletiko Madrid" səfərdə "Levante" ilə qarşılaşıb. Madridlilər 1 top fərqi ilə məğlub olub (2:1). Diyeqo Simeonenin rəhbərlik etdiyi komanda bu məğlubiyyətdən sonra çempionluq şansını itirib. "Kral Klubu" isə doğma meydanda "Valensiya" (3:2) ilə üz üzə gəlib. Kriştiano Ronaldonun dublü ev sahiblərinə qələbə qazandırıb.
İspaniya çempionatının sonuna 1 tur qalmış "Barselona" turnir cədvəlində liderdir. Katalonlar 37 oyuna 88 xalı var. "Barsa"nın çempionluğa əsas rəqibi "Real Madrid"dir. "Kral Klubu" 37 oyundan sonra 1 xal geridədir. "Atletiko Madrid"in isə 85 xalı var. Bu mövsumun Çempionlar Liqasında "Real Madrid" ilə "Atletiko Madrid" finalda qarşılaşacaqlar. Final oyunu mayın 28-də Milanın "San Siro" meydanında baş tutacaq.
8 may
"Selta" – "Malaqa" - 1:0
Qol: Nolito, 31
"Barselona" – "Espanyol" - 5:0
Qollar: Messi, 8, Suarez, 52, 61, Rafinya, 74, Neymar 83
"Xetafe" – "Sportinq" - 1:1
Qollar: Alvarez, 50 (0:1), Sçepoviç, 80 (1:1)
"Levante" – "Atletiko" - 2:1
Qollar: Torres, 2 (0:1), Kassadesus, 40 (1:1), Rossi, 90 (2:1)
"Real" – "Valensiya" - 3:2
Qollar: Ronaldo, 26 (1:0) Benzema, 42 (2:0), Rodriqo, 55 (2:1), Ronaldo 59 (3:1), Komes, 81 (3:2)
"Real Sosyedad" – "Rayo Valyekano" - 2:1
Qollar: Oyarzabal, 12, Con, 50 - Querra, 69
"Eybar" – "Betis" - 1:1
Qollar: Kastro, 37 (0:1), Enrix, 73 (1:1)
"Sevilya" – "Qranada" - 1:4
Qollar: Quenca, 45+1 (0:1), Qonzales, 73 (1:1), Rabi, 79 (1:2), Qonzales, 88 (1:3), El Arabi, 86 (1:4)
"Las Palmas" – "Atletik" - 0:0
"Vilyarreal" – "Deportivo" - 0:2
Qol: Fəjr, 32, Perez, 57
|
Komandalar |
O |
Xal |
||||||
|---|---|---|---|---|---|---|---|---|
|
1. |
Barselona |
37 |
28 |
4 |
5 |
109:29 |
88 |
|
|
2. |
Real Madrid |
37 |
27 |
6 |
4 |
108:34 |
87 |
|
|
3. |
Atletiko Madrid |
37 |
27 |
4 |
6 |
61:18 |
85 |
|
|
4. |
Vilyareal |
37 |
18 |
10 |
9 |
44:33 |
64 |
|
|
5. |
Selta Vigo |
37 |
17 |
9 |
11 |
51:57 |
60 |
|
|
6. |
Atletik ilbao |
37 |
17 |
8 |
12 |
55:44 |
59 |
|
|
7. |
Sevilya |
37 |
14 |
10 |
13 |
50:47 |
52 |
|
|
8. |
Malaqa |
37 |
11 |
12 |
14 |
34:34 |
45 |
|
|
9. |
Real Sosyedad |
37 |
12 |
9 |
16 |
44:48 |
45 |
|
|
10. |
Las Palmas |
37 |
12 |
8 |
17 |
44:49 |
44 |
|
|
11. |
Valensiya |
37 |
11 |
11 |
15 |
46:47 |
44 |
|
|
12. |
Eybar |
37 |
11 |
10 |
16 |
47:57 |
43 |
|
|
13. |
Deportivo |
37 |
8 |
18 |
11 |
45:59 |
42 |
|
|
14. |
Betis |
37 |
10 |
12 |
15 |
32:51 |
42 |
|
|
15. |
Espanyol |
37 |
11 |
7 |
19 |
36:72 |
40 |
|
|
16. |
Qranada |
37 |
10 |
9 |
18 |
46:66 |
39 |
|
|
17. |
Xetafe |
37 |
9 |
9 |
19 |
36:65 |
36 |
|
|
18. |
Sportinq |
37 |
9 |
9 |
19 |
38:62 |
36 |
|
|
19. |
Rayo Valekano |
37 |
8 |
11 |
18 |
49:72 |
35 |
|
|
20. |
Levante |
37 |
8 |
8 |
21 |
36:67 |
32 |
|
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB