“Tour d’Azerbaïdjan-2016”nın V mərhələsi start götürüb

“Tour d’Azerbaïdjan-2016”nın V mərhələsi start götürüb

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloyürüşünün beşinci - sonuncu mərhələsinə start verilib.SIA-nın xəbərinə görə, Azərbaycan paytaxtının Azadlıq meydanından start götürən bu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu ilə 158 kilometr məsafə qət edəcəklər. Xatırladaq ki, "Synergy Baku" dördüncü mərhələdən sonra komanda hesabında ikinci yeri tutur. Komandamız yarışların lideri "Felbermayr - Simplon Wels" (Avstriya) klubuna 1 dəqiqə 21 saniyəlik fərqlə uduzur.

Bütün xəbərlər Facebook səhifəmizdə