Neymar Braziliya millisinə dəvət olunmayıb

Braziliya millisinin Amerika kuboku yarışlarında iştirak edəcək yekun heyəti açıqlanıb
Neymar Braziliya millisinə dəvət olunmayıb

Futbol üzrə Braziliya millisinin Amerika kuboku yarışlarında iştirak edəcək yekun heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Dunqa 23 futbolçuya dəvət göndərib. Həmin siyahıda Neymar ("Barselona"), Fernandinyo ("Mançester Siti"), Oskar ("Çelsi") və Kaka ("Orlando Siti") kimi ulduz futbolçular yer almayıb.

Neymarın Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı nəzərdə tutulduğundan onun kubok turnirinə aparılmaması məqsədəuyğun hesab edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə