Azərbaycan cüdoçusu, 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov Bakıda təşkil olunan "Böyük Dəbilqə" turnirində bürünc medala sahib olub. SİA-nın məlumatına görə, idmançımız üçüncü yer uğrunda həlledici qarşılaşmada Belçika təmsilçisi Kennet van Qansbekeni məğlubiyyətə uğradıb. Görüşün əvvəlində cüdoçumuz cərimə xalı alsa da, sonda rəqibinə ipponla qalib gəlib.
Qeyd edək ki, bu, Azərbaycan milisinin turnirdə qazandığı ilk medal olub.
Digər cüdoçumuz İlqar Müşkiyev (60 kq) isə 7-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB