Rəsul Çunayev Olimpiya Oyunlarına vəsiqə qazandı FOTOLAR

Rəsul Çunayev Olimpiya Oyunlarına vəsiqə qazandı FOTOLAR

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir. SİA-nın xəbərinə görə, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir. İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb.
66 kq çəkidə mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Ruslan Tsarev olacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

66 kq
1/16 final - Dominik Etlinger (CRO) - Rəsul Çunayev 0:4 tuşe (19 saniyə)
1/8 final - Rəsul Çunayev - Pavel Liax (BLR) 9:7
1/4 final - David Kareçinski (POL) - Rəsul Çunayev 1:6
1/2 final - Rəsul Çunayev - Artak Marqaryan (FRA) 8:0 (68 saniyə)
FİNAL - Ruslan Tsarev (KGZ) - Rəsul Çunayev

98 kq
1/8 final - Daniel Gastl (AUT) - Şalva Qadabadze 0:2
1/4 final - Şalva Qadabadze - Feliks Baldauf (NOR) (B xalçası)

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür.

https://unitedworldwrestling.org/event/2nd-og-world-qualifying-tournament

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə