Qusyatnikov: “Prezident İlham Əliyev idmanın inkişafına xüsusi diqqət göstərir" AÇIQLAMA

Qusyatnikov: “Prezident İlham Əliyev idmanın inkişafına xüsusi diqqət göstərir" AÇIQLAMA

"Hər zaman olduğu kimi, bu il də "Tour d’Azerbaidjan" yüksək səviyyədə keçirilir. Əlbəttə, istərdik ki, bu yarış daha yüksək kateqoriyaya (2HC) sahib çıxsın və daha sonra Dünya Turu statusu alsın". SİA-nın məlumatına görə, bu sözləri Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov veloturun 3-cü mərhələsi (Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ) başlamazdan öncə azərbaycanlı jurnalistlərə müsahibəsi zamanı söyləyib.

A.Qusyatnikov fikirlərini belə davam etdirib: "Bunun üçün nə etmək lazımdır? Təhlükəsizliklə bağlı hər hansı problem yoxdur. Sadəcə, maliyyə fondunu artırmaq lazımdır. İnfrastruktura gəlincə, hər şey yüksək səviyyədədir. Otelləriniz və yollar çox əladır. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafına xüsusi diqqət göstərir. Həmçinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işləri də qeyd etməliyəm".

Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti həmçinin Elit yığmamız və "Synergy Baku" kontinental komandasının üzvü, Azərbaycanı Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averinin şanslarını da dəyərləndirib: "Maksim Averinin bu il Olimpiadada uğurla çıxış etmək şansı var. Amma yarış marşrutu olduqca mürəkkəbdir. Görünən odur ki, braziliyalılar Olimpiada tarixinin ən çətin velosiped yarışını təşkil etməyi planlaşdırırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə