Rövnəq Abdullayev Heydər Əliyev adına İdman Sarayına baxış keçirib

Rövnəq Abdullayev Heydər Əliyev adına İdman Sarayına baxış keçirib

Xəbər verdiyimiz kimi,mayın 6-8-də Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turniri keçiriləcək. Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq mötəbər yarışda 82 ölkədən 519 cüdoçu qüvvəsini sınayacaq.

SİA-nın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev görülən hazırlıq işləri ilə tanış olmaq üçün idman sarayına baxış keçirib. Federasyanın vitse-prezidenti Sadıq Sadıqov həyata keçirilmiş işlərlə bağlı qurum rəhbərinə məlumat verib. R.Abdullayev idman arenasının turnirə yüksək səviyyədə hazırlanmasından məmnunluğunu bildirib və müəyyən tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə