Olimpiadaya vəsiqə verən son təsnifat turnirində ilk gün

Olimpiadaya vəsiqə verən son təsnifat turnirində ilk gün

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən güləş üzrə II Dünya təsnifat turniri keçirilir. SİA-nın məlumatına görə, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edəcək. İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

66 kq
1/16 final - Dominik Etlinger (CRO) - Rəsul Çunayev

98 kq
1/8 final - Daniel Gastl (AUT) - Şalva Qadabadze

İlk görüşlər Bakı vaxtı ilə sabah saat 11:00-da, final görüşləri isə 19:00-da başlayacaq.

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə