Pal Kanto Alessandro: "Ümid edirəm ki, sürpriz etməyi bacaracağıq" AÇIQLAMA

Pal Kanto Alessandro: "Ümid edirəm ki, sürpriz etməyi bacaracağıq" AÇIQLAMA

"Qrupdakı rəqiblərimizin hamısı güclü komandalardır. Biz də güclü oynamağa çalışacağıq. Bu yarış komandam üçün böyük təcrübədir". Bunu SİA-ya açıqlamasında 17 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə keçiriləcək UEFA Avropa çempionatı Azərbaycan-2016 turnirinin D qrupunda yer alan İtaliya komandasının baş məşqçisi Pal Kanto Alessandro deyib.

O qeyd edib ki, Hollandiya, İspaniya və Serbiya komandaları ilə oyun asan olmasa da, qrupdan çıxmaq üçün bütün güclərindən istifadə edəcəklər: "Bizi favorit görməsələr də, ümid edirəm ki, sürpriz etməyi bacaracağıq. Qrupdan çıxa bilsək, əsas rəqiblərimiz Almaniya, Portuqaliya və Fransa olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə