Steven Kooper: "Azərbaycanda infrastruktur yüksək səviyyədədir" AÇIQLAMA

Steven Kooper: "Azərbaycanda infrastruktur yüksək səviyyədədir" AÇIQLAMA

"Qrupda bütün komandalarla görüşümüz çətin keçəcək. Ən vacibi öz oyunumuzu göstərməkdir". Bunu SİA-ya açıqlamasında 17 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə keçiriləcək UEFA Avropa çempionatı Azərbaycan-2016 turnirinin C qrupunda yer alan İngiltərə komandasının baş məşqçisi Steven Kooper deyib.

O, Fransa komandası ilə qarşılaşmanın daha çətin keçəcəyini bildirib.

Mütəxəssis turnirin təşkilatçılığının yüksək səviyyədə olduğunu qeyd edib: "Azərbaycanda otellər, meydançalar, ümumiyyətlə infrastruktur çox yüksək səviyyədədir. Burada futbol oynamaq üçün gözəl şərait var".

Bütün xəbərlər Facebook səhifəmizdə