Baş məşqçi: "Bir neçə futbolçunu klubları buraxmaq istəmirdi" AÇIQLAMA

Baş məşqçi: "Bir neçə futbolçunu klubları buraxmaq istəmirdi" AÇIQLAMA

"Azərbaycana gələnə qədər problemlərimiz var idi. Bir neçə zədəli futbolçunu klubları buraxmaq istəmirdi. Ancaq biz istədiyimiz heyəti formalaşdıraraq turnirdə mübarizə aparmaq üçün bura gəldik". Bunu SİA-ya açıqlamasında 17 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə keçiriləcək UEFA Avropa çempionatı Azərbaycan-2016 turnirinin C qrupunda yer alan İsveç komandasının baş məşqçisi Haqnos Vikman deyib.

O bildirib ki, qrupda çox güclü komandalarla qarşılaşacaqlar: "Qrupdakı rəqilərimizin 3-ü də çox güclüdür. Hər 3 komanda turnirin qalibi olacaq qədər təhlükəlidir. Biz də zəif deyilik. Məqsədimiz 1-ci və ya 2-ci yerdə qərarlaşmaqdır. Qrupda əsas rəqib kimi İngiltərə və Fransa komandalarını görürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə