Niels Lavaetr: “İngiltərə və Fransa komandaları güclü rəqibdirlər" AÇIQLAMA
"UEFA Avropa çempionatı Azərbaycan - 2016 turniri komandamız üçün təcrübə və öyrənmək baxımından önəmlidir. Qrupumuzda favorit deyilik. Ancaq əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək və növbəti mərhələyə vəsiqə qazanaq". Bunu SİA-ya açıqlamasında 17 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə keçiriləcək UEFA Avropa çempionatı Azərbaycan-2016 turnirinin C qrupunda yer alan Danimarka komandasının baş məşqçisinin köməkçisi Niels Lavaetr deyib.
O, qrupda İngiltərə və Fransa komandalarının favorit olduğunu bilirib: "İngiltərə və Fransa komandaları güclü rəqibdirlər. Biz gözəl oyun göstərib, yaxşı nəticələr qazanmağa çalışacağıq".
Mütəxəssis turnirin təşkilatçılığının yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda insanların peşəkar idmanla məşğul olmaları üçün gözəl infrastruktur yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB