Məşhur futbolçu karyerasını bitirir

Məşhur futbolçu karyerasını bitirir

İtaliya A Seriyasında mübarizə aparan "Verona"nın hücumçusu Luka Toni karyerasını bitirəcəyi tarixi açıqlayıb. 38 yaşlı forvard mövsümün sonunda karyerasını bitirəcəyini bildirib. Toni son oyununu "Yuventus"a qarşı keçirəcək.

Qeyd edək ki, Luka Toni karyerası ərzində 16 klubun formasını geyinib. Bundan əlavə, Toni İtaliya millisinin heyətində 47 oyuna 16 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə