"Tour d’Azerbaidjan-2016"da ilk gün

"Tour d’Azerbaidjan-2016"da ilk gün

Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2016" veloyürüşünün ilk mərhələsi keçirilib. SİA-nın məlumatına görə, yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhərinədək 154 km məsafə qət ediblər. Məsafəni hamıdan tez başa vuran Almaniyanın "Bora-Argon 18" peşəkar kontinental komandasının üzvü Fil Bauhauz 3 saat, 34 dəqiqə, 19 saniyə göstərici ilə mərhələ qalibi olub. ABŞ-ın "İlluminate" komandasının üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin "Nəsr Dubay" klubunun nümayəndəsi Luka Vakerman müvafiq olaraq 2-ci və 3-cü yeri tutub.

Azərbaycanın "Synergy Baku" komandasının üzvləri Yannis Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar. Fotofinişə əsasən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - 5-ci yer.

Yarışın ilk günündən fotosessiyanı nəzərinizə çatdırırıq:

Bütün xəbərlər Facebook səhifəmizdə