Fil Bauhaus: "Komandanın lideri öz üzərinə düşən vəzifəni yerinə yetirdi"

Fil Bauhaus: "Komandanın lideri öz üzərinə düşən vəzifəni yerinə yetirdi"

"Tour d'Azerbaidjan-2016" beynəlxalq veloturunun ilk mərhələsinin (Bakı-Sumqayıt marşurutu) qalibi Almaniyanın "Bora Argon 18" komandasının üzvü Fil Bauhaus media nümahəndələrinin sullarını cavablandırıb. SİA-nın məlumatına görə, idmançı komandasının yarışa yaxşı başladığını qeyd edib: "Yarışa yaxşı başladıq. Komandamız böyük iş gördü. İki üzvümüz uğur qazanmağımız üçün kifayət qədər yardım göstərdi. Komandanın lideri öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Bunun da nəticəyə təsiri oldu".

Velosipedçi yarışda yalnız müsbət nəticə qazanacaqlarına inandığını bildirib: "Bu, mənim peşəkar statusa nail olduqdan sonra ilk qələbəmdir. Gələcəkdə də belə nəticələr göstərməyə çalışacağam. Yarışda yalnız müsbət nəticələr qazanacağımıza inanıram".

O, yarışın təşkilatçılığı haqda da fikirlərini bildirib: "İlk dəfədir ki, bu yarışda iştirak edirəm. "Tour d'Azerbaidjan-2016" çox gözəl yarış idi. Veloturun təşkilatçılığı yüksək səviyyədədir. Azarkeşlər də çoxdur. Çox gözəl ölkə idi. İsti havadan xoşum gəlir. Buranın iqlimi mənə uyğundur".

Qeyd edək ki, yarışda ümümilikdə 18 ölkədən 21 komanda mübarizə aparır. Veloturda 14 pro-kontinental, 6 kontinental və 1 yığma komanda yarışır. "Tour d'Azerbaidjan-2016"ya mayın 8-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə