"Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turuna start verilib. SİA-nın məlumatına görə, yarışdan öncə Dövlət Bayrağı Meydanında komandaların ictimaiyyət üçün təqdimatı keçirilib. Daha sonra tura start verilib.
Yarışın ilk mərhələsində velosipedçilər Bakı-Sumqayıt marşurutu üzrə 154 km məsafə qət edəcəklər. Sumqayıt şəhərinin içərisində isə 5 dövrə olacaq. Saat 14:00-da ilk mərhələnin finişi planlaşdırılır.
Qeyd edək ki, yarışda ümümilikdə 18 ölkədən 21 komanda mübarizə aparır. Hər mərhələdə ilk 3 yeri tutmuş idmançılar mükafatlandırılacaq. Bundan başqa, ən yaxşı dağ velosipedçisi, ən yaxşı sprinter, ən yaxşı 23 yaşadək olan idmançı və ümumi təsnifatın lideri mükafata layiq görüləcək.
İdmançılar qarşıdakı 4 gündə rayonlarımızda, sonuncu gün-mayın 8-də isə Bakı mərhələsində qüvvələrini sınayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB