TFF "Trabzonspor"u cəzalandırdı

TFF "Trabzonspor"u cəzalandırdı

Türkiyə Futbol Federasiyası Superliqanın 30-cu turunda keçirilən qalmaqallı "Trabzonspor" - "Fənərbaxça" matçı (0:4) haqda qərar verib. SİA-nın məlumatına görə, ev sahibi komanda ağır cəzalanıb. Qaradənizlilər 4 ev oyununu azarkeşsiz keçirəcək. Bundan başqa, klub 915 min lirə cərimə olunub.

Qeyd edək ki, sözügedən oyunun sonlarına yaxın yerli azarkeşlərdən biri meydana daxil olub, köməkçi hakimə zərbə endirmişdi. Matçın 88-ci dəqiqəsində isə trabzonlu azarkeşlər meydana daxil olduğu üçün qarşılaşma yarımçıq dayandırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə