İntizam Komitəsi: "Hakim haqqında lazımi ölçü götürülsün" CƏRİMƏ VƏ CƏZALAR

İntizam Komitəsi: "Hakim haqqında lazımi ölçü götürülsün" CƏRİMƏ VƏ CƏZALAR

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

Azərbaycan Kubokunun 1/2 mərhələsinin "Neftçi" - "Qəbələ" matçının 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

"Neftçi" - "Qəbələ" matçının 74-cü dəqiqəsində "Qəbələ" klubunun futbolçusu Aleksey Qay və oyunun 86-cı dəqiqəsində "Neftçi" klubunun futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalandırılıb.

İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:

Oyunun 74-cü dəqiqəsində "Qəbələ" klubunun 19 №-li futbolçusu Aleksey Qaya simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunur (maddə 19) .

Oyunun 86-cı dəqiqəsində "Neftçi" klubunun 19 №-li futbolçusu Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunur (maddə 19).

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Topaz Premyer Liqasının XXXII turunun "İnter" – "Sumqayıt" matçının 27-ci dəqiqəsində "İnter" klubunun 1 №-li futbolçusu Kamran Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 90+1-ci dəqiqəsində "Sumqayıt" klubunun 5 №-li futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

Topaz Premyer Liqasının XXXII turunun "Zirə" – "Qarabağ" matçı başa çatdıqdan sonra "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2).

Əvəzedici heyətlərin XXXII turunun "İnter" – "Sumqayıt" matçında "İnter" klubunun 31 №-li futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XXIV turunun "Bakılı" – "Şahdağ" matçının 11-ci dəqiqəsində "Şahdağ" klubunun 10 №-li futbolçusu Vüsal Səfərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XXIV turunun "Energetik" – "Bakı" matçının 45-ci dəqiqəsində "Energetik" klubunun 17 №-li futbolçusu Etibar Alıyev və"Bakı"nın 41 №-li futbolçusu Müşfiq İlyasov rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanır, klublar 200 manat cərimə olunur (maddə 42.3).

Oyunun 45-ci dəqiqəsində "Energetik" klubunun 1 №-li futbolçusu Zamir Cəlilov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).

Oyunun 85-ci dəqiqəsində "Bakı" klubunun 56 №-li futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə