“Lester” İngiltərə çempionu oldu

36-cı turdan sonra "Lester"in 77, "Tottenhem"in isə 70 xalı var
“Lester” İngiltərə çempionu oldu

İngiltərə Premyer Liqasında 2015/2016 mövsümünün qalibi bəlli olub. Məlumata görə, cari mövsümdə sürpriz çıxışı ilə yadda qalan "Lester Siti" sona 2 tur qalmış çempionlğunu rəsmiləşdirib. Buna səbəb "tülkülər"in ən yaxın izləyicisi "Tottenhem" hesabat turunda keçirilən "Çelsi" ilə oyunda xal itkisinə məruz qalması olub - 2:2. Bunun nəticəsində "Lester Siti"in londonlularla sona 2 tur qalmış 7 xallıq fərqi yaranıb.

36-cı turdan sonra "Lester"in 77, "Tottenhem"in isə 70 xalı var.

Fasiləyə 2:0 hesabı ilə üstün yollanan "Tottenhem" ikinci hissədə qapısında iki top görməklə qələbəni əldən verib - 2:2. Bu nəticədən sonra "Tottenhem"in lider "Lester Siti" ilə xal fərqi 7-yə yüksəlib.

Beləcə "Lester Siti" son iki turun nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə Premyer Liqanın qalibi adını qazanıb.

İngiltərə Premyer Liqası, 36-cı tur

"Çelsi" - "Tottenhem" - 2:2
Qollar: Keyn, 35 (0:1), Henq-Min, 44 (0:2), Kehil, 58 (1:2), Azar, 83 (2:2)

Bütün xəbərlər Facebook səhifəmizdə