İspaniya mətbuatı "Qarabağ" komandasının Azərbaycan Premyer Liqasının qalibi olması haqqında yazıb. Yazıda "Qarabağ"ın oyunçusu, İspaniyanın Kanar adalarından olan Dani Kintananın Azərbaycan çempionu olması xüsusi uğur kimi qeyd edilib.
Məqalədə deyilir ki, "Zirə" klubunu 2:0 hesabı ilə məğlub edən "Qarabağ"ın çempionluğunu rəsmiləşdirdiyi matçda Dani Kintana da bir qol vurub. Eyni zamanda, onun uğurlu çıxışı qabardılaraq çempionatın ən yaxşı bombardirlərindən olması vurğulanır. Yazıda o da bildirilir ki, "Qarabağ" komandasının bu il Azərbaycan Kubokuna sahib olmaq şansları da qalmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB