Qazaxıstanın Çimkənd şəhərində akademik Saparbayevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan pəhləvanları ilə yanaşı, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Rusiya və Tacikistan güləşçilərinin də iştirak etdiyi turnir 2 gün davam edib. Turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın 2 üzvü iştirak edib.
64 pəhləvanın yarışdığı 59 kq çəkidə mübarizə aparan Sakit Quliyev bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələnib.
120 kq çəkidəki təmsilçimiz Mehdi Kərimi isə gümüş medalla kifayətlənib. Finala qədər bütün rəqiblərindən üstün olan pəhləvanımız zədələndiyindən son görüşə çıxa bilməyib.
Beləliklə, güləşçilərimiz turnirdə 1 qızıl və 1 gümüş medal qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB