“Zirə”nin ilk ev məğlubiyyəti

“Zirə”nin ilk ev məğlubiyyəti

"Zirə" tarixində ilk dəfə Topaz Premyer Liqasının ev oyununda məğlub olub. SİA-nın məlumatıan görə, paytaxt təmsilçisi XXXII turun "Qarabağ"la qarşılaşmasında 0:2 hesabı ilə uduzub. Bunadək öz meydanında keçirdiyi 15 matçda 13 qələbə qazanıb, 2 heç-heçə edən debütantın məğlubiyyətsizlik seriyası 16-cı oyunda qırılıb.

Xatırladaq ki, Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsiz ev oyunları seriyası "Neftçi"yə məxsusdur. Bakılılar 1992-96-cı illərdə 57 ev oyununda uduzmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə