"Marafonda ilk dəfədir iştirak edirəm. Qaliblər sırasında olmayacağımı bilirəm, çünki bu marafon peşəkar idmançıların iştirak etdiyi yetərincə böyük yarışdır". SİA-nın məlumatına görə, bunu Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl!" devizi altında keçirilən Bakı Marafonunun iştirakçılarından biri, Rusiya təmsilçisi Timur Rodkin deyib.
O bildirib: "Bu gün hava sarıdan bəxtimiz gətirib. Nə soyuqdur, nə də isti. Təcrübəsiz qaçışçılar üçün yaxşı sınaqdır. Heydər Əliyev Fonunun təşəbbüsü ilə keçirilən Bakı Marafonunda bütövlükdə bayram ovqatı hökm sürür, hakimlər ədalətli, təşkilatçılar mehribandır". //AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB