Bu gün Topaz Premyer Liqasında 32-ci tura yekun vurulur. SİA-nın məlumatına görə, "İnter"lə "Sumqayıt" qarşılaşıb. Oyun 1:2 hesabı ilə "Sumqayıt"ın xeyrinə başa çatıb.
1 aydan sonra yaşıl meydanlara qayıdan Kamran Ağayev qapıda cəmi 32 dəqiqə duruş gətirib. Amil Yunanovun qolkiperlə üzbəüz qaldığı epizodda Kamran onu yerə sərib və Ömər Paşayev bu epizodu "son ümid folu" kimi dəyərləndirərək, həm penalti təyin edib, həm də Ağayevi meydandan qovub.
"İnter" - "Sumqayıt" 1:2
Qollar: V.Cavadov, 6 (0:1). M.Abbasov, 11 (1:1). A.Yunanov, 19 (1:2).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB