Ötən həftə keçirilən "Rəvan"-AZAL oyununda zədələnərək meydançanı tərk edən Kamal Mirzəyev üçün mövsümü bitmiş saymaq olar. SİA-nın məlumatına görə, həkim müayinəsindən keçirilən yarımmüdafiəçi çempionatın sonuna qədər məşqlərə çıxa bilməyəcək. Futbolçunun sağ ayağının pəncə sümüyündə çat aşkar olunduğu üçün həmin nahiyə gipsə salınıb. Klub həkimlərinin bildirdiyinə görə, K.Mirzəyev yalnız 3 həftədən sonra gipsdən azad olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB