Azərbaycan Badminton Federasiyasının nümayəndələri beynəlxalq forumda iştirak ediblər
Sloveniyanın Podçertek şəhərində müxtəlif ölkələrin badminton federasiyalarının nümayəndələrinin iştirakı ilə beynəlxalq forum keçirilib. SİA-nın məlumatına görə, tədbir zamanı federasiyalar arasında mövcud problemlər və onların aradan qaldırılması məsələləri müzakirə olunub. Forum çərçivəsində səsləndirilən əsas təkliflərdən biri badminton partiyalarının sayını 3-dən 5-dək artırmaq, oyunun hesabını isə 21-dən 11-dək azaltmaq olub.
Qeyd edək ki, sözügedən foruma Azərbaycan Badminton Federasiyasının nümayəndələri də qatılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB