Bakıda 15 min nəfərlik tribunalar qurulacaq

“Formula 1”-i canlı izləmək istəyən tamaşaçılar üçün tribunaların quraşdırılması sürətlə davam edir

"Formula 1" yarışlarına hazırlıq sürətlə davam etdirilir. Hal-hazırda paytaxt yollarında yarışları izləmək üçün tribunalar quraşdırılır. Komandaların oturacaqları və avtomobillərin saxlanılacağı əsas mərkəz hesab edilən pit stop binasında isə işlərin 95 % başa çatıb. "Formula 1"-i canlı izləmək istəyən tamaşaçılar üçün tribunaların quraşdırılması sürətlə davam edir.

Bakıda keçirləcək "Formula 1" yarışlarını izləmək üçün yarış zolaqının 9 müxtəlif hissəsində tribunalar quraşdırılır. Yarışın ən sürətli hissəsi Neftçilər prospekti olduğundan məhz bu prospektə 7 tribuna qurulacaq.

Yarışları çətin döngələrini izləmək istəyənlər isə Qoşa qala qapısının yaxınlığında Konstitiusiya məhkəməsinin qarşısındakı tirubunalarda otura biləcəklər. Yarış zolağının ətrafındakı ayaq üstü yerlərin sayı isə 10 minə çatdırılacaq. Amma ehtiyac yaransa bu say artırıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə